Bakıda gənc müğənninin konserti olacaq

bakida-genc-mugenninin-konserti-olacaq
Oxunma sayı: 635

Saraydan “Qafqazinfo”ya verilən məlumata görə, konsertin aparıcısı əməkdar artisti Tünzalə Ağayevadır. Müğənnini səhnədə, “Spayder” şou-balet qrupu və instrumental ansambl müşayiət edəcək. Konsertdə həmçinin bir sıra populyar müğənnilərin iştirakı gözlənilir.

Murad Sadıx bir sıra nüfuzlu yerli və beynəlxalq müsabiqələrin, festivalların iştirakçısı və qalibidir. Bunlar arasında xüsusən fərqlənənlər, “Bakı Gecələri” estrada mahnı müsabiqəsi - ən yaxşı ifa nominasiyası (diplom), “Həyatın sərhədsiz imkanları” adlı III Beynəlxalq Əlillərin yaradıcılığı festivalı - vokal nominasiyası (kubok), “Sankt-Peterburqun ümid verən ulduzu” beynəlxalq festivalının diplomantı ( xrustal kubok ).

Nigar