Bakıda gənc oğlan özünü ticarət mərkəzində öldürdü

bakida-genc-oglan-ozunu-ticaret-merkezinde-oldurdu
Oxunma sayı: 3336

Bakıda ticarət mərkəzində intihar hadisəsi baş verib.

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, “Binə” ticarət mərkəzində 1994-cü il təvəllüdlü Hüseynov Xaliq Şaiq oğlu özünü anbarda asaraq intihar edib.
 
Bakı şəhər Xəzər rayonu Buzovna qəsəbə sakini olan X.Hüseynovun ticarət mərkəzində satıcı işlədiyi bildirilir.
 
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə haddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.