Bakıda gənc qadını döyərək öldürən qardaşlar tutuldu

bakida-genc-qadini-doyerek-olduren-qardaslar-tutuldu
Oxunma sayı: 646

Fevralın 19-da 20 Yanvar küçəsində Bakı şəhər sakini İsmayıl Əliyevə məxsus “Mersedes” markalı avtomobilin yan güzgüsü oğurlanıb. Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Zöhrab Hüseynov DİN ÇPA və Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən tutulub və onun üzərindən 0,174 qram narkotik vasitə olan heroin aşkar edilıb.


Səbail RPİ 8-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Səlyan yolu küçəsində yaşayan, əvvəllər məhkum olunmuş Zaur Əhmədovdan “Naqan” tipli tapança aşkar olunaraq götürülüb.


Yasamal RPİ NMB, CAŞ və 27-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bərdə rayon sakini Ruslan Süleymanovdan 780 qram heroin aşkar olunaraq götürülüb. Onun Bərdə rayonundakı yerləşən evindən 1 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar olunub. Ona narkotik vasitəni satan əvvəllər məhkum olunmuş rayon sakini Elmir Qəmbərov isə fevralın 19-da yaxalanıb.

Yanvarın 26-da 7-ci mikrorayon F.Məlikov küçəsində Naxçıvan şəhər sakini əvvələr məhkum olunmuş Hidayət Hidayətzadə mübahisə zəminində Bakı şəhər sakini Musa Bağırovu döyərək xəsarət yetirib. M.Bağırov fevralın 10-da xəstəxanaya yerləşdirilib və aldığı xəsarətlər nəticəsində fevralın 18-də orada ölüb. Binəqədi RPİ 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində H.Hidayətzadə fevralın 18-də yaxalanıb.

Fevralın 18-də Sulutəpə qəsəbəsində Vüqar İslamov mübahisə zəminində Fariz İsayevə bıçaqla xəsarət yetirdiyinə görə Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən yaxalanıb.

Fevralın 18-də Möhübbət Həsənov idarə etdiyi “VAZ-2121” markalı avtomobillə Qobustan qəsəbəsində Ağsu rayon sakini Tural Əkbərovu vurub və sonuncu hadisə yerində ölüb.

Fevralın 18-i saat 21:30 radələrində Ələsgər Məcidov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə Maştağa qəsəbəsində Oqtay Quliyevi vurumuş və sonuncu xəstəxanaya aparılarkən yolda ölüb.

Fevralın 15-də B.Kəngərli küçəsində yaşayan Günel Məlikovanın meyiti yaşadığı ünvanda aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, G.Məlikova Bakı şəhər sakinləri Kamil Məmmədov və qardaşı Rafiq tərəfindən döyülərək aldığı xəsarətlər nəticəsində ölüb. Sabunçu RPİ CAŞ və 12-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Kamil və Rafiq Məmmədov qardaşları fevralın 18-də yaxalanıblar.

Suraxanı RPİ CAŞ və NMQ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zahir Hacıağayevdən 450 qramdan artıq marixuana aşkar olunaraq götürülüb.

2010-cu il dekabrın 28-i saat 23 radələrində iki naməlum şəxs 28 may küçəsində Bakı şəhər sakini Aqil Quliyevin taksi kimi idarə etdiyi “Chery-Covin” markalı avtomobilə əyləşiblər. Arxada oturan şəxs Telnov küçəsində sürücünü iplə boğmağa cəhd edib, yanında əyləşən şəxs isə bıçaqla hədə-qorxu gələrək pul və mobil telefon tələb edib. İstəklərinə nail olmadıqda isə sürücünü düşürüb, avtomobili sürüb gediblər. Xətai RPİ CAŞ və 34-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakini Rəşid Osmanov fevralın 18-də tutulub, avtomobil isə Qaraçuxur qəsəbəsində tam sökülmüş vəziyyətdə aşkar edilib.

Qaradağ RPİ 10-cu PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Zülfüqar Cəniyev fevralın 18-də yaxalanıb.