Bakıda gənc qız özünü 10-cu mərtəbədən atmaq istədi

bakida-genc-qiz-ozunu-10-cu-mertebeden-atmaq-istedi
Oxunma sayı: 2705

Bakının Xətai rayonunda gənc qız özünü binadan atmaq istəyib.

"Qafqazinfo" Baku.Ws-ə istinadən xəbər verir ki, saat 14:30-da Şıxlınski 29-42 anvanında yerləşən hündürmərtəbəli binanın 10-cu mərtəbəsindən gənc qız intihar etmək istəyib. 

Bu barədə Xətai rayon Polis İdarəsi 35-ci polis bölməsinə məlumat verilib. Dərhal əraziyə polis, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili yardım həkimləri cəlb olunub.

Gənc qız keçirilən psixoloji danışıqlardan sonra xilas edilib.

Faktla bağlı 35-ci polis bölməsində araşdırma aparılır.