Bakıda güclü külək 77 yaşlı kişinin ölümünə səbəb oldu

bakida-guclu-kulek-77-yasli-kisinin-olumune-sebeb-oldu
Oxunma sayı: 1191


“Qafqazinfo” xəbər verir ki, Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 77 yaşlı Əhəd Abdullayev güclü külək nəticəsində ağacdan yıxılıb. Hadisə yerinə gələn təcilli yardım ilə xəstəxanaya aparılan Ə. Abdullayev yolda dünyasını dəyişib.

 Faktla bağlı araşdırma aparılır.