Bakıda güclü yağış, cənubda daşqın olacaq

bakida-guclu-yagis-cenubda-dasqin-olacaq
Oxunma sayı: 2242

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Cənub-şərq küləyi gündüz arabir güclənəcək.  

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 8-10 dərəcə isti təşkil edəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, atmosfer  təzyiqi  normadan yüksək 773 mm civə sütunundan  768 mm civə sütununa   enəcək, nisbi rütubət 85-95 faiz olacaq.

Azərbaycanın rayonlarında dekabrın 20-də  qərb rayonlarında gündüz  hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şərq rayonlarında , axşam isə əksər rayonlarda  arabir yağış, dağlıq və dağətəyi  rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv  olacağı  ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturu gecə 2-5, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz  2 dərəcə şaxtadan 3 dərəcəyədək  isti təşkil edəcək.

Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında dekabrın 20-21-də arabir yağış yağacağı, dekabrın 20-də bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. 

Azərbaycanın rayonlarında dekabrın 20-21-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, çaylarda sululuğun artacağı, Lənkəran-Astara zonasının bəzi çaylarından isə qısamüddətli daşqın keçəcəyi ehtimalı var.