Bakıda güllələnmə: ölən və yaralı var

bakida-gullelenme-olen-ve-yarali-var
Oxunma sayı: 648

Səbail Rayon Prokurorluğundan verilən məlumata görə, onlar Kliniki Tibbi Mərkəzə aparılıblar.

Bayramov xəstəxanada aldığı güllə yarasından ölüb, Mənsimov reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci), qəsdən adam öldürməyə cəhd (29, 120.2.7-ci) və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə (228.1-ci) maddələri ilə cinayət işi başlanıb.

Hadisəni törədən şəxsin müəyyən edilməsi və onun tutulması üçün operativ əməliyyat-axtarış tədbirləri həyata keçirilir. /Trend/