Bakıda hakim şahidi həbsə göndərdi - Məhkəmədə kuryoz

bakida-hakim-sahidi-hebse-gonderdi
Oxunma sayı: 650

Məhkəmədə şahid qismində dindirilən şəxs həbs edilib.

“Qafqazinfo”nun Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə dələduzluqda təqsirləndirilən Möhkəm Qurbanovun işinə baxılıb.

İş üzrə şahid qismində Nəsimi Hüseynov dindirilib.

Şahid dindirilən zaman hakimin suallarına kobud cavab verib.
  
Bu zaman hakim Rauf Əliyev şahid Nəsimi Hüseynovun hakimə qarşı hörmətsizlik etdiyini əsas gətirərək ona 48 saatlıq həbs cəzası verib.
 
Məhkəməyə Nəsimi rayon Polis İdarəsinin əməkdaşları dəvət edilib və Nəsimi Hüseynov həbs edilib.