Bakıda hamam satışa çıxarıldı

Bakıda hamam satışa çıxarıldı
Oxunma sayı: 38

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 30 may 2017-ci il tarixində keçiriləcək yeni hərrac elan edilib. 

Komitənin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, hərraca ümumilikdə 49 əmlak çıxarılıb. Bunlardan   20-si səhmdar cəmiyyəti, 12-i kiçik dövlət müəssisə və obyekti, 14-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü nəqliyyat vasitəsidir. 

Hərracda özəlləşdirilməsi nəzərdə tutulan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir. Bu əmlaklardan biri paytaxtın Suraxanı rayonunda, digərləri isə regionlarda müvafiq olaraq Göyçay, Ağdam, İmişli, Beyləqan, Gəncə və Ağstafada yerləşir. Kiçik dövlət müəssisələrinin əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşdirilməyə çıxarılıb. Hərracda yüksək start qiyməti ilə seçilən əmlak "Ağdam Pambıq" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Adı çəkilən əmlak 872 min 500 manata təklif olunur. Bundan başqa paytaxtın Suraxanı rayonunda yerləşən 55 saylı hamam isə torpaq sahəsi və ilkin start qiymətinə görə fərqlənir. Beləki, 1656 kv.m olan əmlakın ilkin start qiyməti 115 min manatdır. 

Bu dəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye, aqrar, nəqliyyat, məişət, inşaat, istehsal, təmir və s. sahələrə aiddir. Hərraca çıxarılan iri müəssisələr sırasında “Yevlax Yun”, “Ağcabədi Aqrotexservis”, “Masazır Quşçuluq”, “Ucar ağac emalı”, “Mingəçevir Qum Çınqıl” kimi müəssisələr var.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi