Bakıda hamamda qadını döydülər

bakida-hamamda-qadini-doyduler
Oxunma sayı: 3640

Bakıda qadına qarşı xuliqanlıq hadisəsi baş  verib. 

“Qafqazinfo”nun Lent.az-a istinadən verdiyi məlumata görə, polisin 102 xidmətinə telefonla müraciət edən 1983-cü il təvəllüdlü Elvira Əkbərova (ad şərtidir) bildirib ki, gecə saat 01:40 radələrində Babək prospektində yerləşən hamam kompleksində Arzu adlı şəxs onu xuliqanlıq zəminində döyüb.

Şikayətçi qadın həmin şəxsi əvvəlcədən tanıdığını əlavə edib. O, dava-dalaşın hansı səbbədən baş verdiyini deməsə də, polis bölməsinə gedərək yazılı formada şikayətini təsdiq edib.

Araşdırma aparılır.