Bakıda hansı qrupun oyunları keçiriləcək? - Avro-2020

bakida-hansi-qrupun-oyunlari-kecirilecek
Oxunma sayı: 3493

UEFA 2020-ci ildə keçiriləcək Avropa çempionatının açılış matçının baş tutacağı şəhəri açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, turnirin ilk oyunu İtaliyanın paytaxtı olan Romada reallaşacaq.

AÇ-2020-nin qrup mərhələsinin matçlarının oynanılacağı şəhərlər də açıqlanıb. A qrupunun oyunları paytaxtımız Bakı şəhəri il birgə Romada təşkil ediləcək.

A qrupunun 3 oyunu Bakıda baş tutacaq. 1/4 finalın 1 görüşü də ölkəmizdə keçiriləcək.

Yarımfinallar və final isə Londonda keçiriləcək.

A qupu: Roma və Bakı

B qrupu: Sankt Peterburq və Kopenhagen

C qrupu: Amsterdam və Buxarest

D qrupu: London və Qlazqo

E qrupu: Bilbao və Dublin

F qrupu: Münhen və Budapeşt