Bakıda hazırda bu yollarda tıxac var - Xəbərdarlıq

bakida-hazirda-bu-yollarda-tixac-var
Oxunma sayı: 2615

Fevralın 18-i axşam saatlarından paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar paytaxt yollarına, eləcə də müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətinə nəzarət gücləndirilib. Hərəkətin təhlükəsizliyini təmin etmək məqəsidi ilə Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

"Qafqazinfo" xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi bir daha sürücüləri hərəkətdə olan zaman sürət həddinə əməl etməyə və metereoloji amilləri nəzərə almağa çağırıb. 

Hava şəraiti ilə əlaqədar bütün daşıyıcılara göstəriş verilib. Tapşırılıb ki, (hər hansı bir məcburi məhdudlaşdırma istisna olmaqla) müntəzəm xətt avtobuslarının müəyyən olunan qrafikə və sxemə uyğun hərəkəti təmin edilməlidir.

Onu da qeyd edək ki, pik saatlarında yollarda müşahidə edilən sıxlıq avtobusların hərəkət intervalında müəyyən qədər gecikmələrə səbəb olur. 

Hazırda paytaxtda müşahidə olunan sıxlıq və tıxac haqqında qısa məlumatı təqdim edirik:

1. Üzeyir Hacıbəyov küçəsi (Cavanşir körpüsünün üzərindən Hökumət Evi istiqamətində)  sıxlıq

2. Koroğlu Rəhimov küçəsi (Akademik Həsən Əliyev küçəsi istiqamətində) nisbətən sıxlıq

3. Tbilisi prospekti (Hər iki istiqamətdə,20 Yanvar dairəsi və Şəhər istiqamətində) sıxlıq

4. Rəşid Behbudov küçəsi (Mərkəzi Bankın qarşısı istiqamətində) sıxlıq

5. Akademik Həsən Əliyev küçəsi (1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı,Tbilisi prospekti istiqamətində) nisbətən sıxlıq

6. 28 May küçəsi (Azadlıq prospekti ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər) sıxlıq

7. Ziya Bünyadov prospekti (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq,20 Yanvar dairəsi istiqamətində) sıxlıq

8. Şah İsmayıl Xətai prospekti (Azərbaycan Respublikası Təhsil Nazirliyinin qarşısı,Heydər Əliyev prospekti istiqamətində) sıxlıq

9. Xaqani küçəsi sıxlıq

10. Əziz Əliyev küçəsi nisbətən sıxlıq

11. Məhəmməd Füzuli küçəsi sıxlıq

12. Mikayıl Useynov prospekti (Neftçilər prospekti istiqamətində) sıxlıq

13. Gülayə Qədirbəyova küçəsi (Hər iki istiqamətdə,Koroğlu Rəhimov küçəsi və Şah İsmayıl Xətai prospekti istiqamətində) nisbətən sıxlıq

14. Mustafa Kamal Atatürk prospekti (Məmməd Araz küçəsi ilə kəsişmədən başlayaraq, Ayna Sultanova heykəli istiqamətində) sıxlıq