Bakıda həbsdə olan erməni Ali Məhkəməyə müraciət etdi

Bakıda həbsdə olan erməni Ali Məhkəməyə müraciət etdi
Oxunma sayı: 1405

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən, erməni əsilli Marat Ueldanov Ali Məhkəməyə müraciət edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Rusiya vətəndaşı M.Ueldanov 2016-cı il iyulun 28-də Bakıda saxlanılıb. Bundan sonra Ermənistan mediası onun erməni əsilli olduğunu açıqlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib.

O, hökmdən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovu erməni əsilli şəxsə güzəşt etməyib və hökm dəyişdirilmədən saxlanılıb.

M.Ueldanov isə bu qərardan kassasiya şikayəti verib. Onun işinə martın 6-da Ali Məhkəmənin hakimi Fərhad Kərimovun icraatında baxılacaq.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi