Bakıda helikopter dənizə düşdü - Ölən var+Yenilənir

bakida-helikopter-denize-dusdu-olen-varyenilenir
Oxunma sayı: 661

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, helikopter Şıxov tərəfdə dənizə düşüb. Hazırda FHN-nin xilasediciləri hadisə yerindədir.

Hadisə nəticəsində ölən və xəsarət alanlar barədə məlumat verilmir.

***
Qaradağ rayon Polis İdarəsindən Trend-ə hərbi helikopterin qəzaya uğraması faktını təsdiqləyiblər.

Qəzaya uğramış helikopterin mülki olması barədə məlumat Azərbaycanda fəaliyyət göstərən mülki helikopterlərin istismarçılarından (ARDNŞ, SW Helicopter Services) heç biri tərəfindən təsdiqlənməyib. BP şirkəti ümumiyyətlə personalın daşınması üçün helikopterlərdən istifadə etmir, onlar platformalara gəmilər vasitəsilə çatdırılırlar.

Bakı şəhəri Təcili və Təxirəslınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, hadisə yerinə 4 təcili yardım maşını gedib.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, qəzaya uğrayan hərbi vertolyotun bu quruma aidiyyatı yoxdur. Hadisə yerində xilasetmə işlərinə bir hərbi və FHN-ə məxsus 2 helikopter, o cümlədən xilasedici qayıqlar cəlb olunub.

***
Helikopter sahildən 300 metr aralıda dənizə düşüb. Hələlik helikopterin dumana düşərək qəzaya uğradığı ehtimal olunur.

Əraziyə yaxın şahidlərin Trend-in hadisə yerində olan əməkdaşına verdiyi məlumata görə, helikopter dənizə düşərkən partlayış baş verib.

Hazırda xilasetmə işlərinə 2 gəmi və 2 qayıq cəlb olunub. Təsdiqini tapmamış məlumata görə, qəzaya uğramış helikopterdə 3 nəfər olub.

***
Hərbi mənbədən Trend-ə bildiriblər ki, Müdafiə Nazirliyinə məxsus "Mİ -17" markalı helikopterdə 3 nəfər olub. Artıq bir meyit tapılıb, ikisinin isə axtarışı davam etdirilib.

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bir nəfərin öldüyü məlumatını təsdiqləyiblər.

***
“Qafqazinfo”ya daxil olan məlumata görə, helikopterdə olan hər 3 nəfər həlak olub. Onların adı dəqiqləşdirilir.