Bakıda heroin əməliyyatı - Kriminal xəbərlər

bakida-heroin-emeliyyati-kriminal-xeberler
Oxunma sayı: 655

Nərimanov RPİ 16-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Əli Fərəcovdan 0,849 qram narkotik vasitə olan heroin aşkar edilmişdir. Onun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində özünə məxsus olan 755 qaramdan artıq narkotik vasitəni saxlamaq üçün tanışı, Bakı şəhər sakini Hənifə Zairova verdiyini bildirmişdir. Təxirəsalınmaz tədbirlə nəticəsində Hənifə Zairova da yaxalanmışdır.

Yanvarın 17-də R.Rüstəmov küçəsində Bakı şəhər sakini Röyal Məmmədov İmişli rayon sakini Müşviq Hüseynovun qarın nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarəti yetirdiyi üçün Nizami RPİ 25-ci PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

Yanvarın 2-dən 17-dək olan müddətdə Binə qəsəbə sakini Vidadi İsmayılova məxsus yaşadığı ünvanda yerləşən mağazadan qapını çıxarma yolu ilə ərzaq və tütün məmulatları oğurlanmışdır. Xəzər RPİ 2-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ordubad rayon sakini Ramin Vəliquliyev yanvarın 17-də yaxalanmışdır.

Yanvarın 17-si saat 21:45 radələrində Lökbatan-Heybət yolunda Lənkəran rayon sakinləri Nizami Sadıqovun idarə etdiyi «Hunday-Sonata» və Rəvan Axundovun idarə etdiyi «Hunday-Accent» markalı avtomobillər toqquşmuşdur. Nəticədə, hər iki sürücü və «Hunday-Accent»in sərnişinləri, Bakı şəhər sakinləri Aydan Fətullayeva KTM-yə daxil olmuş, Minayə Xalıqova isə xəstəxanaya aparılarkən yolda ölmüşdür.

Xəzər RPİ NMB və 2-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Binə qəsəbəsi Vaqif küçəsində yaşayan Hacıkişi Əliyevin evindən sənədsiz saxladığı 33 ədəd patronu ilə birlikdə «Toz-8» markalı və xaricdə istehsal olunmuş ov tüfəngi aşkar edilərək götürülmüşdür.

Nərimanov RPİ NMB-in əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Qubad İsmayılovdan 448 qramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.