Bakıda hündürmərtəbəli binada yanğın olub

bakida-hundurmertebeli-binada-yangin-olub
Oxunma sayı: 647

Bakının Xətai rayonu ərazisində yerləşən hündürmərtəbəli binalardan birində yanğın baş verib.

“Qafqazinfo” "Report"a istinadən xəbər verir ki, hadisə "Xətai" metrostansiyası yaxınlığındakı binanın 15-ci mərtəbəsində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.