Bakıda “Hyundai” belə yandı - Video

Bakıda “Hyundai” belə yandı
Oxunma sayı: 1343

Ötən gün  Bakının Xətai rayonunda avtomobil yanıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə prospektində qeydə alınıb.

Məlumata görə, Zığ yolu şossesi istiqamətində hərəkətdə olan "Hyundai Accent" markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində işıq dirəyinə çırpılıb. Bundan sonra avtomobil alışaraq yanmağa başlayıb. Şahidlərin sözlərinə görə, sürücü yüngül dərəcəli xəsarətlə yanan avtomobildən vaxtında uzaqlaşıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi