Bakıda “Hyundai” piyada keçidindəki 4 nəfəri vurdu - Vəziyyətləri ağırdır+ Fotolar

bakida-hyundai-piyada-kecidindeki-4-neferi-vurdu
Oxunma sayı: 6130

Bir neçə dəqiqə öncə Nərimanov rayonu, Ağa Nemətulla küçəsində ağır yol-nəqliyyat qəzası baş verib.

“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının məlumatına görə, “Hyundai” markalı 90 AV 316 dövlət nömrə nişanlı avtomobil piyada keçidində dayanan iki qadınla iki gənc oğlanı vurub. Daha sonra isə “BMW” markalı 10 MO 201 dövlət nömrə nişanlı avtomobilə çırpılıb.

Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və polislər cəlb edilib.

Xəsarət alan piyadaların vəziyyətinin ağır olduğu bildirilir. Onlar 1 saylı Şəhər Klinik Xəstəxanasına (“Semaşko”) aparılıblar.

Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində xəsarət alan oğlanlardan biri ərazidə fəaliyyət göstərən marketlərdən birində çalışır. Onun lal olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

***

Xəstəxanadan “Qafqazinfo”ya verilən məlumata görə, hazırda yaralı şəxslər əməliyyat olunurlar.

Günel Türksoy