Bakıda IBM şirkəti İT forumu keçirib

bakida-ibm-sirketi-it-forumu-kecirib
Oxunma sayı: 638

“Qafqazinfo”nun məlumatına görə, forumda texnologiyaların biznes və cəmiyyətin inkişafına göstərdikləri təsir, müxtəlif yönümlü təşkilatların bazarın tələbatlarına çevik reaksiya nümayiş etdirməsi və rəqiblərini ötmə imkanları haqqında müzakirələr aparılıb.
Forumdan sonra keçirilən mətbuat konfransında məlumat verilib ki, IBM şirkəti coğrafi məkanını genişləndirməyi planlaşdırır ki, Azərbaycan da şirkətin diqqət mərkəzindədir.
Bu gün həmçinin "Azersun Holding" və IBM "IMB PureFlex" və "IBM Storwise" platformasında IT-infrastrukturunun təkmilləşdirilməsi üzrə layihənin başa çatmasını bəyan edib.
IBM şirkətinin ekspert birləşdirilmiş sistemləri şirkətə IT-sistemlərinin enerji sərfiyyatını 30 faiz qədər azaldaraq, müştərilərə daha keyfiyyətli xidmət göstərməyə imkan verib.
Layihənin reallaşması aparıcı biznes təbəqələrindən alınan məlumat mübadiləsi sürətini 2,5 dəfə artırmağa imkan verib.
Qeyd edək ki, IBM 100 ildən artıqdır ki, ən qabaqcıl aparat və proqram təminatı istehsalçısı və təchizatçısıdır.
Nigar Məmmədli