Bakıda iki avtomobil toqquşdu

bakida-iki-avtomobil-toqqusdu
Oxunma sayı: 642

Anspress xəbər verir ki, qəza zamanı Anar Yusifovun idarə etdiyi “Mercedes” Elvin Muradovun idarə etdiyi “Nissan” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüləri və sərnişinləri arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, yol nəqliyyat hadisəsinin baş verdiyi yola paralel hərəkət zolağında təmir-tikinti işləri gedir. Bu səbəbdən də “Nissan”ın sürücüsü əks yola çıxıb və nəticədə qəza baş verib.

“Mercedes”in sürücüsü Anar Yusifov isə yolun bağlı olan hərəkət zolağının saat 17.00-dən sonra açıq olması barədə əvvəldən məlumat verildiyini deyib.

Faktla bağlı Nərimanov rayon polis idarəsi və dövlət yol polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerində araşdırma aparılıb. Qəzanın dəqiq baş vermə səbəbləri təyin ediləcək ekspertizaların rəyindən sonra məlum olacaq.