Bakıda iki ev yandı

bakida-iki-ev-yandi
Oxunma sayı: 627

“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 kv.m sahədə və həmin evə bitişik yerləşən qonşu evlərin dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə yanıb. Evlərin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın saat 06.20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Digər hadisə Bakı şəhəri, Sabunçu rayonunda baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 2 otaqlı kommunal tipli evin tüstü bacasının ətrafı 5 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
İlqar