Bakıda iki ev yandı

bakida-iki-ev-yandi
Oxunma sayı: 635

“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda hər mərtəbəsi 270 kv.m olan ikimərtəbəli beşotaqlı evin damında bacanın ətrafı 2 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər hadisə Xətai rayonunda baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan dördotaqlı mənzilin aynabəndində paltaryuyan maşının mühərrik hissəsi yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın saat 12:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.