Bakıda iki ev yandı

bakida-iki-ev-yandi
Oxunma sayı: 642

“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 kv.m sahədə və dam örtüyü 60 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər hadisə Sabunçu rayonunda baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan beşotaqlı evin 3 otağı və dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.