Bakıda iki fərdi ev yandı

bakida-iki-ferdi-ev-yandi
Oxunma sayı: 955

Bakıda yanğın hadisəsi qeydə alınıb.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Sabunçu rayonunda bir-birinə bitişik tikilmiş iki fərdi yaşayış evinin dam örtüyünün və ikinci mərtəbələrinin yanar konstruksiyaları yanıb.

Evlərin qalan hissələri yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.