Bakıda iki nəfər bıçaqlanıb

bakida-iki-nefer-bicaqlanib
Oxunma sayı: 644

Hadisə zamanı 29 yaşlı Allahverdiyev Emin İbrahim oğlu və 31 yaşlı Sadıqov Xəyyam Əbdüləzim oğlu bıçaq xəsarətləri ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb.

Həkimlər tərəfindən müayinə olunan zaman yaralılardan Xəyyam Sadıqovun xəsarətləri ağır olduğundan o təcili olaraq əməliyyat üçün cərrahiyyə otağına qaldırıb. Digər yaralı Emin Allahverdiyev isə müailcə olunmaqdan imtina etdiyi üçün üçün tibbi yardımdan sonra evə buraxılıb.

Hadisənin baş vermə səbəbinə gəlincə isə xəsarət alan hər iki şəxs polislərə verdikləri ilkin ifadələri zamanı metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında tanımadıqları şəxslər tərəfindən bıçaqlandıqlarını bildiriblər.

Qeyd edək ki, yaralı halda xəstəxanaya gətiriləni hər iki şəxs sərxoş vəziyyətdə olublar. Faktla bağlı Nəsimi rayon polis idarəsinin 19-cu polis bölməsinin əməkdaşları tərəfindən araşdırma başlanılıb. Hadisənin hansı səbəbdən baş verdiyi isə araşdırmalardan sonra bəlli olacaq.

anspress