Bakıda iki öğlu həbsdə olan qadını boğdular

bakida-iki-oglu-hebsde-olan-qadini-bogdular
Oxunma sayı: 640

Bakıda yaşlı qadının qətli ilə bağlı bəzi məqamlara aydınlıq gətirilib. Suraxanı Rayon Polis İdarəsindən Milli.Az-a bildirilib ki, 69 yaşlı Vera Kərimovanı öldürən şəxslər evdən heç nə aparmayıblar. Qətli törədən şəxsin kimliyi açıqlanmayıb.

Üç övlad anası olan V.Kərimovanın iki oğlu həbsdədir, bir qızı isə tufeyli həyat tərzi keçirir.

***

Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, Bülbülə qəsəbəsində yaşayan 69 yaşlı Vera Kərimovanın evində meyiti tapılıb.

Onu naməlum şəxslər boğaraq öldürüblər. Qətlin motivi və kim tərəfindən törədilməsi məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.