Bakıda iki piyada vurulub

bakida-iki-piyada-vurulub
Oxunma sayı: 857

Bakıda yolun kənarı ilə gedən iki piyada vurulub, biri ölüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Kürdəxanı-Zabrat yolunda baş verib.

Sürücü Vüqar Xəlilov idarə etdiyi “Mercedes” markalı 99 BE 177 nömrəli avtomobillə yolun sağı ilə gedən iki piyadanı vurub. 

Onlardan biri – Elməddin Mirzəyev xəstəxanaya aparılarkən yolda ölüb, Nurulla Əliyev isə xəstəxanada müalicə olunduqdan sonra evə buraxılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.