Bakıda iki yük maşını toqquşub - Yaralanan var + Foto

bakida-iki-yuk-masini-toqqusub
Oxunma sayı: 1792

Bakının Nərimanov rayonunda ağır yol qəzası olub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, avtoqəza Ziya Bünyadov prospekti ilə Alı Mustafayev küçəsini birləşdirən yolötürücü tuneldə baş verib və iki yük maşınının toqquşması ilə nəticələnib.

1973-cü il təvəllüdlü Abbasov Tərlan Əldilşad oğlu idarə etdiyi "Shacman" markalı yük avtomobili ilə keçmiş Karl Marks dairəsi istiqamətində hərəkətdə olan zaman avtomobil qarşıda hərəkət edən "KamAZ" markalı digər yük maşınına çırpılıb. Məlumata görə, hadisəyə səbəb "KamAZ"ın sürücüsünün qəfildən əyləcdən istifadə etməsi olub.

Avtoqəza nəticəsində sürücü T.Abbasov xəsarət alaraq, 1 saylı Xəstəxanaya çatdırılıb. Onun ayağının sındığı məlum olub.