Bakıda ikimərtəbəli tikilidə yanğın olub

bakida-ikimertebeli-tikilide-yangin-olub
Oxunma sayı: 815

Bakıda ikimərtəbəli tikilidə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli tikilinin yanar konstruksiyaları 26 kv.m sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.