Bakıda iməclik olub - Fotolar

Bakıda iməclik olub -<font color=red> Fotolar</font>
Oxunma sayı: 359

İcra Hakimiyyətinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, bu gün Bakı şəhərinin gənub-qərb giriş yolu olan, keçən il əsaslı şəkildə təmir olunaraq yenidənqurulmuş və yenləndirilmiş Bibiheybət yolu boyunca yerləşən yamacda, həm də ənənəvi olaraq Bayıl yamacında iməclik təşkil olunub. Tədbirdə rayonun idarə və təşkilatların, təsərrüfat xidmətlərinin, təhsil müəssisələrinin kollektivlərinin, rayon ictimaiyyətinin çoxsaylı nümayəndələrinin - ümumilikdə 500 nəfərin iştirak edib.

İməclik ərəfəsində müvafiq hazırlıq işləri görülüb, yamacda iştirakçıların yerləri müəyyənləşdirilib, lazımi miqdarda ləvazimat toplanıb, ağacların suvarılması üçün su xətləri çəkilib, əraziyə əlavə su maşınları cəlb olunub, ən əsası isə kəskin maili və küləkli bir yamacda əkilmək üçün eldar şamı, zeytun və digər ağaclar alınıb.

İməclik zamanı iştirakçılar tərəfindən 3000 ədəd ağac əkilib, əlavə olaraq əvvəl əkilmiş 1000 ağaca qulluq göstərilib, ağacların suvarma məsələlərinə xüsusi fikir verilib. Hər iki yamacın küləkli olması nəzərə alınaraq bu ağacların diblərinə taxta dirəklər vurulub.

Böyük bayram əhval-ruhiyyəsi ilə keçirilən iməclikdə rayonun təsərrüfat xidmətlərinin, orta məktəblərinin kollektivləri xüsusi ilə fərqlənib. Eyni zamanda neftlə çirklənmiş torpaqların geniş miqyaslı təmizləndiyi və rekultivasiyasının aparıldığı Bibiheybət buxtasındakı Dövlət Neft Şirkəti «Bibiheybətneft» NQÇİ-nin ərazisində də neftçilər tərəfindən əkilmiş ağaclara qulluq edilib.

Yay aylarında rayon ərazisində bu il yeni əkilmiş ağacları qulluq olunması və mütəmadi olaraq suvarılması nəzərdə tutulub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi