Bakıda infarkt keçirən türk deputatdan yeni xəbər

bakida-infarkt-keciren-turk-deputatdan-yeni-xeber
Oxunma sayı: 1277

Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş VI Qlobal Bakı Forum çərçivəsinə keçirilən panel zamanı halı pisləşən MHP-li deputat, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmeleddin İhsanoğlu Türkiyəyə aparılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya Mərkəzi Klinik Xəstəxananın kardioloqu, dosent Firdovsi İbrahimov məlumat verib. E. İhsanoğlunun yaxınlarının istəyi ilə ölkəsinə aparıldığını bildirən F. İbrahimov qeyd edib ki, onun vəziyyəti stabil olub.

Qeyd edək ki, martın 16-da VI Qlobal Forum zamanı E. İhsanoğlunun halı pisləşib. İnfarkt keçirən E. İhsanoğlu Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib, ürəyinə stent qoyulub.