Bakıda İnna Kostinanın sərgisi başladı

Bakıda İnna Kostinanın sərgisi başladı
Oxunma sayı: 29

Azərbaycan Xalça Muzeyində Azərbaycanın əməkdar rəssamı İnna Kostinanın “Təsadüf” adlı fərdi sərgisinin açılış mərasimi keçirilib.

Muzeydən “Qafqazinfo”ya daxil olan xəbərə görə, sərgidə 48 ədəd batika nümunəsi təqdim olunub. Bu əsərlər rəssamın isti və soyuq batika texnikaları ilə yaratdığı “Simurq” və “Təsadüf” silsilələrindən olan rəsm nümunələridir.

Açılış mərasimində Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA müxbir üzvü, professor Ərtəqin Salamzadə, Azərbayca Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, professor, Azərbaycanın əməkdar xadimi Afaq Məmmədova sərgi ilə bağlı öz təəsüratları ilə bölüşüblər.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi