Bakıda intihar cəhdinin qarşısı alındı

bakida-intihar-cehdinin-qarsisi-alindi
Oxunma sayı: 1433

Bakıda intihar etmək istəyən şəxsin qarşısı alınıb.

“Qafqazinfo” xəbər verir ki, FHN-nin məlumatına görə, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər kişi ticarət mərkəzinin damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.