Bakıda intihar cəhdinin qarşısı alınıb - Qardaşı da 6 ay öncə özünü binadan atıb + Yenilənib

bakida-intihar-cehdinin-qarsisi-alinib
Oxunma sayı: 4065

Bakının Binə qəsəbəsində vətəndaş  intihara cəhd edir.

“Qafqazinfo” xəbər verir ki, FHN-dən APA-ya verilən məlumata görə, bıçaqla silahlanmış naməlum şəxs qəsəbə ərazisindəki beş mərtəbəli binalardan birinin damına qalxaraq, intihar etmək niyyətini nümayiş etdirir.
 
Hadisə yerinə polis əməkdaşları və  FHN-nin xilasediciləri cəlb edilib. Ərazidə təhlükəsizlik tədbirləri görülüb. FHN-nin xilasedicilərindən ibarət xüsusi qrup psixoloji söhbət aparmaqla vətəndaşı fikrindən daşındırmağa çalışır.   

***

İntihara cəhd edən şəxs 1995-ci il təvəllüdlü Sadiqov Сavid Sevindik oğludur. Məlumata görə, onun Emin adlı 17 yaşlı qardaşı özünü iyunun 21-də binanın damından ataraq intihar edib.

İntiharın istintaqı ilə bağlı narazılıq bildirən Sadiqov Сavidin sərxoş olduğu bildirilir. 

***
Bakının Xəzər rayonu Binə qəsəbəsində intihara cəhdin qarşısı alınıb. Сavid Sadiqov bıçaqla özünə xəsarət yetirib. Binanın damında olan polis əməkdaşları həmin an onu saxlayaraq, aşağı endiriblər və hadisə yerinə cəlb edilən həkimlərə təhvil veriblər. С.Sadiqov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.