Bakıda intihar etmək istəyən şəxs xilas edilib

bakida-intihar-etmek-isteyen-sexs-xilas-edilib
Oxunma sayı: 819

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər doqquzmərtəbəli binanın 8-ci mərtəbəsinin eyvanına çıxaraq intihar etmək niyyətini nümayiş etdirib. 

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.