Bakıda intihara cəhd - Qadın ölümdən xilas etdi + Fotolar

bakida-intihara-cehd
Oxunma sayı: 4066

Paytaxtda intihara cəhd olub.

“Qafqazinfo” xəbər verir ki, Feysbuk istifadəçisi Ayfar Nizaməddinqızı intihar etmək istəyən şəxsi fikrindən daşındırdığını bildirib:

“Uşaqlarım balkonda oynayırdı, birdən qışqırıb məni çağırdılardılar ki, bir kişi özünü atır. Əvvəlcə elə bildim ki, ustadır, dam örtüyünü düzəldir. Sonra gördüm ki, bu adam qışqırır. Onu intihar fikrindən daşındırmaq üçün danışığa tutmağa başladım. Ağlaya-ağlaya nəsə deyirdi, başa düşmədim. Polis çağırmaq istədim, qoymadı. Yoldan keçənə də səsləndim, razı olmadı, əksinə daha da aşağı sürüşdü. Xeyli vaxt onunla söhbət etməyə çalışdım”.

Çarəsiz qalan qadın intihar etmək istəyən şəxsdən çətinliklə də olsa qardaşının nömrəsini ala bilib:

“Sonra dedim ki, kimlə danışmaq istəyirsən? Qardaşı ilə danışmaq istədiyini dedi. Güclə qardaşının nömrəsini öyrəndim. Qardaşı da özün qan-tərin içində çatdırdı. Şükür Allaha ki, qardaşı onu fikrindən daşındırdı. Amma mən vaxta qədər o dönüyanı görüb qayıtdım”.