Bakıda intihara cəhdin qarşısı alındı

bakida-intihara-cehdin-qarsisi-alindi-
Oxunma sayı: 637

Nərimanov rayonu 16-cı Polis Bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Ziyad Bünyadov 36 A ünvanında baş verib. Belə ki, 25-30 yaşlarında şəxsiyyəti hələlik dəqiqləşdirilməyən qadın özünü yeni tikilən hündürmərtəbəli binanın üstündən atmaq istəyib. Hadisə yerinə gələn Çevik Polis Alayının əməkdaşlarının müdaxiləsindən sonra qadın aşağı düşürülüb.