Bakıda intiharın qarşısı alındı

bakida-intiharin-qarsisi-alindi
Oxunma sayı: 2598

Bakıda intihar etmək istəyən şəxs xilas edilib.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Bakının Nəsimi rayonunda 1 kişi tikilməkdə olan çoxmərtəbəli binanın 12-ci mərtəbəsinə çıxaraq intihar etmək istəyib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.