Bakıda iqtidar-müxalifət görüşü baş tutdu - Arif Hacılı gəlmədi + Fotolar

bakida-iqtidar-muxalifet-gorusu-bas-tutdu
Oxunma sayı: 10669

Bakıda hakim Yeni Azərbaycan Partiyasının da (YAP) iştirakı ilə siyasi partiyalar, media və vətəndaş cəmiyyətinin nümayəndələri “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda dəyirmi masa keçirirlər.

"Qafqazinfo" xəbər verir ki, YAP-ı partiyanın sədr müavini - icra katibi Əli Əhmədov təmsil edir.

Tədbirdə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, AĞ Partiyanın sədri Tural Abbaslı, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Eldar Namazov və bir sıra ictimai şəxslər iştirak edir.

Müsavat Partiyasının başqanı Arif Hacılıya dəvət göndərilsə də, dəyirmi masaya qatılmayıb.

Tədbirə moderatorluq edən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib ki, tədbirə təşkilatçılığı özü edib: "Mən tək AXCP- dən başqa bütün siyasi partiyalara iştirakla bağlı dəvət göndərmişəm".

Günel Türksoy

Fotolar: Nuran Məmmədov