Bakıda işə düzəlmək istəyən qadını aldatdılar

bakida-ise-duzelmek-isteyen-qadini-aldatdilar
Oxunma sayı: 3229

Bakıda qadına qarşı dələduzluq edilib.

“Qafqazinfo”nun Lent.az-a istinadən verdiyi məlumata görə, Badamdar qəsəbə sakini Solmaz Şixlinskaya polisə müraciət edərək bildirib ki, işə düzəlmək üçün pul verdiyi şəxs onu aldadıb.

Qadının sözlərinə görə, İlqar Məmmədov adlı şəxs onu işə düzəldəcəyinə vəd verib və 750 manat alıb. Lakin həmin şəxs vədinə əməl etməyib.

Qadın verdiyi pulun geri qaytarılmasını xahiş edib.