“Bakı”da itki var

bakida-itki-var
Oxunma sayı: 647

Uzun müddətdir zədəli olan Uinston Parks yenidən oyun qüvvəsini itirib. Kosta-rikalı futbolçu da “Turan” matçıdan öncə keçirilən məşqdə zədə alıb və bu səbəbdən oyunu buraxıb. Parks ən azı daha bir həftə oynaya bilməyəcək.

Bundan başqa, Maris Verpakovskis və Leonardo Beçerra da zədəlidi. Son oyunu buraxan futbolçular məşqlərə qatıla bilmir.
Xatırladaq ki, “Bakı” sentyabrın 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Xəzər-Lənkəran” ilə qarşılaşacaq.