Bakıda itkin düşdü, Qubada maşınında tapıldı

bakida-itkin-dusdu-qubada-masininda-tapildi
Oxunma sayı: 1550

Bakıda itkin düşən şəxs Quba yolunda tapılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, yanvarın 19-da Bakı şəhər sakini R.Mirzəyevin itkin düşməsi barədə polisə müraciət daxil olub. 

Onun həmin gün saat 20 radələrində “Renault” markalı avtomobili ilə getdiyi bildirilib. Həmin avtomobilin Bakı-Quba yolunda hərəkətdə olması müəyyən edilib.

R.Mirzəyev “Renault” markalı avtomobillə Bakı-Quba yolunun 15-ci kilometrliyində tapılıb.