Bakıda itkin düşən ərəb turist tapılıb

bakida-itkin-dusen-ereb-turist-tapilib
Oxunma sayı: 2462

Bakıda itkin düşən 19 yaşlı ərəb turist tapılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, martın 27-də Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edən ölkəmizə turist kimi gəlmiş, paytaxt ərazisindəki otellərin birində yaşayan Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı olan qadın 19 yaşlı oğlu, daun sindromlu Sultan Abdulla Mohamedin həmin gün səhər saatlarında oteldən çıxaraq itkin düşdüyünü bildirib.

Məlumatla əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Sultan Abdulla Mohamed Səbail rayonu ərazisində tapılaraq anasına təhvil verilib.