Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək

bakida-ix-azerbaycan-rusiya-regionlararasi-forumu-kecirilecek
Oxunma sayı: 1832

Sentyabrın 27-də Bakıda növbəti Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan İqtisadiyyat Nazirliyinin və Rusiya İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək IX Azərbaycan-Rusiya Regionlararası Forumu 2 gün davam edəcək. Tədbirdə Azərbaycan və Rusiya tərəfdən dövlət qurumlarının, parlamentlərin, icra hakimiyyəti orqanlarının nümayəndələrinin, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların və KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Forum çərçivəsində rəsmi şəxslərin və işgüzar dairələrin iştirakı ilə Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniştərkibli iclası, sənaye və energetika, turizm, kənd təsərrüfatı, kiçik və orta sahibkarlıq, nəqliyyat və tranzit, qadın sahibkarlığı və humanitar sahələrdə əməkdaşlığa dair dəyirmi masalar, plenar iclas keçiriləcəkdir.

Rusiya nümayəndə heyəti həmçinin, Azərbaycanda fəaliyyət göstərən bir sıra istehsal və emal müəssisələri ilə tanış olacaqdır.