Bakıda yanan kafenin videosu - Fotolar

bakida-yanan-kafenin-videosu
Oxunma sayı: 7259

Bakıda Xətai rayonunda güclü yanğın başlayıb.

"Qafqazinfo" xəbər verir ki, yanğın Xəzər TV-nin yaxınlığındakı, elə "Xəzər" adlı kafedə baş verib.

Hazırda FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının söndürülməsinə çalışır.

***

“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə ikimərtəbəli tikilidə baş verib. Yanğının başladığı "Xəzər" kafesi isə obyektin məhz ikinci mərtəbəsində yerləşir. İlkin ehtimala görə, hadisəyə qaz sızması səbəb olub. Yanğın zamanı ölən və yaralanan yoxdur.

Elvin Elxan

Foto: Nuran Məmmədov