Bakıda kafedə atışma olub

bakida-kafede-atisma-olub
Oxunma sayı: 655

Bu barədə APA-ya Xəzər rayon Polis İdarəsindən bildirilib. Hadisə ötən gecə Türkan qəsəbəsində yerləşən “Eldar” kafesində qeydə alınıb. Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Daşqın Nəsirov mübahisə zəminində, tanışı, 1971-ci il təvəllüdlü Faiq Məmmədova “Vinçester” markalı silahdan atəş açıb. Nəticədə iki güllə yarası alan F. Məmmədov xəstəxanaya yerləşdirilib. Hadisəni törədən D. Nəsirov saxlanılıb. Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.