Bakıda kafedə dava - Pakistanlı döyülüb

bakida-kafede-dava
Oxunma sayı: 642

Bakıda əcnəbiyə qarşı xuliqanlıq edilib.

“Qafqazinfo” "Lent.az"a istinadən xəbər verir ki, Pakistan vətəndaşı, 1994-cü il təvəllüdlü Ahmed Cunayed Ahmedali oğlu Qaradağ rayon Polis İdarəsinə müraciət edərək Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən kafedə tanışı tərəfindən döyüldüyünü bildirib.

23 yaşlı pakistanlı deyib ki, onu döyən şəxsin adı Bəxtiyar Yazquliyevdir. Xəsarətin dərəcəsini müəyyən etmək üçün ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.