Bakıda kafedə kütləvi dava - Ölən və yaralılar var

bakida-kafede-kutlevi-dava
Oxunma sayı: 642

Bakıda qətl törədilib.
 
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən kafelərdən birində qeydə alınıb. Kafedə baş verən kütləvi davada Qismət Fərhad oğlu Məmmədli bıçaqlanaraq öldürülüb. Daha iki nəfər - Haldun Əbuzərli və Tələt Hüseynli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Həyata keçirilən tədbirlər nəticəsində hadisənin 1995-ci il təvəllüdlü Amal Mahir oğlu Zülfüqarov tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb.
 
Hazırda hadisəni digər iştirakçılarının olub-olmaması araşdırılır.
 
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.