Bakıda kafedə partlayış olub

bakida-kafede-partlayis-olub
Oxunma sayı: 1675

Ötən gecə Bakının Nizami rayonunda öartlayış baş verib. 

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, partlayış ümumi sahəsi 150 m2 olan kafedə olub və yanğınla  davam edib. Hadisə zamanı kafenin mətbəxinin qapı və pəncərəsi çərçivədən çıxıb, mətbəxdə qaz sobası, taxta rəflər və rəflərdə olan mətbəx əşyaları 18 m2 sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.