Bakıda Kamerunlunun məhkəməsi keçirildi

bakida-kamerunlunun-mehkemesi-kecirildi
Oxunma sayı: 658

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Kamerun vətəndaşı Vambo Aurelienin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə prokuror ittiham aktını elan edib.

V.Aurelie tərcüməçi vasitəsilə ifadə verərək özünü təqsirli bilmədiyini deyib: "Zərərçəkmiş Məmməd Məmmədovun evində kirayədə qalmışam. Mənə pul verilməyib. Ev sahibi pulu digər kamerunlu Luma Kabesə verib. Mən onu burada tanımışam. Luma yanvarda Bakıdan getdi, sonra əlaqə saxlamaq mümkün olmadı. Mən heç nə etməmişəm. Anam bu xəbəri eşidəndən sonra vəfat etdi, 4 yaşlı övladım var".

Zərərçəkmiş və şahidlər prosesə qatılmayıb.

Məhkəmə prosesi iyunun 5-də davam etdiriləcək.

Qeyd edək ki, V.Aurelie bir vətəndaşdan 20 min dollar alaraq pulları kimyəvi vasitələrlə 40 min dollara çevirəcəyini deyərək aldadıb və pullarını ələ keçirib.

Murad Əhməd